Qarpız Qabığından Dadlı Turşu

Yields: 1 Serving

Qış aylarında süfrələrdən əskik etmədiyimiz turşular yalnız sizin bildikləriniz deyil. Bunun da turşusu olurmuş? deyəcəyiniz maraqlı resept. Evdar.az qarpız qabığından hazırlanan dadlı turşu reseptini təqdim edir.

Tərkibi:

  • qarpız qabıqları
  • yarım stəkandan bir az çox sirkə
  • 3 dilim limon (və ya limon duzu)
  • 4 çay qaşığı qaya duzu
  • 1 baş sarımsaq
  • 100 qram bibər

Hazırlanma qaydası:

Qarpızın ağ hissəsini kəsib istədiyiniz ölçüdə doğrayın. Bankaya ilk öncə 1 çay qaşığı duz, üzərinə bir neçə sarımsaqları doğrayıb tökün. 1 ədəd acı yaşıl bibər (acı sevirsinizsə zövqə görə artırıb azalda bilərsiniz) də töküb qarpız dilimlərindən bir az doldurun. Üzərinə limon dilimi, daha sonra qarpız dilimi. Sırayla bibər, sarımsaq, sirkə, duz, limon və qarpız qabığıyla doldurun. Banka dolanadək sırayla doldurun. Ən üstdə aroma verməsi üçün keşniş və şüyüd sapını əlavə edin. Üzərinə dolacaq qədər su töküb qapağını yaxşıca bağlayın. Bankanı sərin və qaranlıq yerdə 15 gün saxlayın. Daha sonra yeməklərin yanında süfrəyə verə bilərsiniz. Qapağı açıldıqdan sonra soyuducuda saxlayın.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir