Qat-Qat Pavlovskoye Peçenye

Yields: 1 Serving

Bu peçenye həm ucuz başa gəlir, həm də çox asan hazırlanır. Evdar. az uşaqların da çox sevəcəyi “Pavlovskoye” peçenyesinin reseptini təqdim edir.

Tərkibi:

Xəmiri üçün:

  • 2 xörək qaşığı un
  • 50 ml su
  • 0,5 çay qaşığı şəkər tozu
  • 1 paket quru maya (10 qr)
  • 250 qr kərə yağı
  • 2,5 stəkan un

Üzəri üçün :

  • 1 stəkan şəkər tozu

Hazırlanma qaydası:

İlk öncə 50 ml ilıq suya  10 qr maya, yarım çay qaşığı şəkər tozu və 2 xörək qaşığı un əlavə edib 40 dəqiqəlik isti yerə qoyun. Dərin bir qabda mayalanmış qarışığın üzərinə əridilmiş kərə yağını əlavə edib qarışdırın. Daha sonra 2,5 stəkan un əlavə edib xəmir yoğurun. Xəmiri 1 saatlıq soyuducuya yerləşdirin. Soyuducudan götürdüyünüz xəmiri dəzgahın düzbucaqlı şəkildə yayın. Yarısına şəkər tozu səpib xəmiri qatlayın. Yenə əvvəlki ölçüyə qədər yayın. 3 dəfə təkrar edib şəkər tozu səpərək qat-qat xəmir əldə edib yayın . Kvadrat şəklində kəsib hər birini şəkər tozuna bulayıb yağlı kağız sərilmiş soba sinisinə düzün. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir