Qiyməli Kartof Ruleti

Yields: 1 Serving

Kartof ruleti yalnız çox dadılı deyil, həm də doyurucudur. Qiyməli içliyin əvəzinə zövqə görə hər hansı bir başqa içlik hazırlaya bilərsiniz. Evdar.az qiyməli kartof ruletinin reseptini təqdim edir.

Tərkibi:

  • 6 ədəd kartof
  • 2 ədəd yumurta
  • maye yağ
  • duz

İçlik üçün:

  • qiymə
  • soğan
  • bibər
  • pomidor
  • zövqə görə göyərti
  • duz, istiot

Hazırlanma qaydası:

Kartofların qabığını soyub yuyun. Qabığı soyulmuş kartofları sürtgəcdən keçirib suyunu sıxın. Suyu sıxılmış kartofları bir qaba töküb üzərinə yumurta, maye yağ və duz əlavə edib qarışdırın. Hazırladığınız qarışığı yağlı kağız sərilmiş soba sinisinə yayıb əvvəlcədən 180 dərəcə qızdırılmış sobada bişirin.
İçliyi hazırlamaq üçün tavada yağda qiymə və soğanı bişirin. Üzərinə xırda doğranmış qabığı soyulmuş pomidor və yaşıl bibər töküb qovurun. Zövqə görə göyərti və duz, istiot səpib ocaqan götürün. Sobadan çıxartdığınız kartof korjunun üzərinə içliyi yayıb rulet formasında bükün. Yenidən kartof ruletini 4-5 dəqiqəlik sobaya yerləşdirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir