Qonaqlarınızı Heyran Edəcək Ananas Tortu

Yields: 1 Serving

Zərif və dadlı ananas formalı tort özəl günlərdə süfrələrin bəzəyidir. Tortun görünüşü qonaqlarınızı heyran edəcək. Evdar.az dadlı ananas formalı tortun reseptini təqdim edir.

Qonaqlarınızı Heyran Edəcək Ananas Tortunun tərkibi:

Biskvit üçün:

  • 4 ədəd yumurta
  • 120 qr şəkər tozu
  • 100 qr un
  • 20 qr kartof nişastası

Kremi üçün:

  • 3 ədəd yumurta
  • 350 ml süd
  • 250 ml 33-35%-lik qaymaq
  • 90 qr şəkər tozu
  • 20 qr şəkər kirşanı
  • 40 qr un
  • 40 qr kərə yağı
  • 9 qr vanil
  • 10 qr jelatin
  • 80 ml su və ya ananas siropu
  • 560 qr konservləşdirilmiş ananas

Merengi üçün:

  • 3 ədəd yumurta ağı
  • 190 qr şəkər tozu
  • çimdik limon duzu

Yarpaqlar üçün:

  • 90 qr tünd şokolad

Qonaqlarınızı Heyran Edəcək Ananas Tortunun hazırlanma qaydası:

Biskviti hazırlamaq üçün bir qabda yumurtaları mikserlə çırpın. Üzərinə şəkər tozu əlavə edib yaxşıca çırpın. Unu və nişastanı ələyib çırpıdığınız kütləyə az-az əlavə edib taxta qaşıqla və ya spatulayla ehtiyyatla qarışdırın. Biskvit xəmirini yağlı kağız sərilmiş soba sinisinə yayıb əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 10-15 dəqiqə bişirin. Bişən biskviti kağızdan ayırıb kənarda soyudun.

Jelatini hazırlamaq üçün bir qabda jelatin və konservləşdirilmiş ananasın süzdüyünüz 80 ml suyuyla qarışdırıb kənara qoyun. Bir qabda 40 qr unun üzərinə 50 ml süd əlavə edib topaq qalmayacaq qalmayacaq şəkildə yaxşıca qarışdırın.

Krem

Kremi hazırlamaq üçün bir qazana 300 ml südün üzərinə vanil əlavə edib isinməsi üçün ocağa yerləşdirin. Digər bir qabda yumurta sarısının üzərinə şəkər tozu əlavə edib qarşdırın. Üzərinə südlü un qarışığını da əlavə edib qarışdırın. İlıq südü də az-az əlavə edərək dayanmadan qarışdırın. Hazırladığınız qarışığı qazana töküb ocağa qoyub qatılaşanadək qarışdıraraq bişirin. Ocaqdan götürüb kərə yağı əlavə edib qarışdırın və soyuması üşün kənara qoyun. Soyuduqda üzəri qaysaq bağlamasın deyə arabir qarışdırın.

Tortu yığmaq üçün orta ölçülü dərin kasaya streç salafan sərin.Formanın diametrinə uyğun alt və üst hissəsinə uyğun kiçik və fərqli ölçülü dairələr kəsin. Jelatinli qarışığı mikrodalğalı sobada azca isidin. Kənarda soyutduğunuz kremə jelatini az-az əlavə edərək qarışdırın. Soyuducuda soyuyan qaymağı vanillə mikserlə yaxşıca çırpın. Kremə çırpılmış qaymağı az-az əlavə edərək mikserlə çırpın. Dairəvi korjun birini streç salafan sərilmiş kasanın alt hissəsinə yerləşdirib kremləyərək üst-üstə düzün. Ananas dilimlərini doğrayıb hər qata kremləyərək ananas dilimlərini düzün. Ən sonda üst hissəsi üçün korju da yerləşdirib ananas forması verib üzərini streç salafanla örtün. Tortu yarım saatlıq soyuducuya yerləşdirin.

Mikrodalğalı sobada şokoladı isidib və yağlı kağız üzərinə ananas yarpağı forması verib soyuducuya yerləşdirin. Bir qazana su doldurub üzərinə şüşə qabı suya dəyəcək şəkildə yerləşdirin. Qazanı ocağa qoyub suyu qaynamağa qoyun. Su isinməyə başladıqda şüşə qaba yumurta ağları, şəkər tozu və çimdik limon duzu töküb tel çırpıcıyla qarışdırın. Yumurta ağlarını su hamamında qarışdıraraq şəkər tozunun əriyənədək yüngülcə qarşdırın. Daha sonra mikserlə yaxşıca çırpın. Su hamamından götürüb mikserlə soyuyanadək çırpmağa davam edin.

Tortun hər tərəfinə azca merengi yaxın. Qalan merengini də konditer torbasına doldurub dairəvi 1 sm enində olan başlıqla tortun hər tərəfinə ananas şəkli verərək krem sıxın. Merengilərin rəngini karamelize etmək üçün kulinariya alışqanı (karamelizator, flomber)ilə rəngini dəyişin. Əgər alışqan yoxdursa sobanın dərəcəsini yüksək edib isidib söndürün. Tortu sobaya 3-5 dəqiqəlik yerləşdirib çıxarın. Merengilərin rəngi karamelizə olduqdan sonra bərkiyən şokoladlı yarpaqlarla bəzəyin.

Nuş Olsun!

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir