Qonaqlarınızı Məmnun Edəcək Qabaq Tortu

Ümumiyyətlə hər kəs tərəfindən bəyənilən, hətta qabaq sevməyənlər üçün də iştahaaçan bir qəlyanaltı. Minimum bir məhsuldan hazırlanan bu tort şirin olmasa da qeyri-adi dadı ilə qonaqları məmnun edəcək. Evdar.az qabaqdan hazırlanan dadlı tortun reseptini təqdim edir. Tərkibi:
  • 3 ədəd qabaq
  • 3 ədəd yumurta
  • 3 xörək qaşığı un
  • duz, istiot
Sous üçün:
  • 100 qr xama
  • 2 çay qaşığı xardal
  • 2 diş sarımsaq
  • 2 xörək qaşığı soya sousu
  • yarım dəstə cəfəri
Qızartmaq üçün bitki yağı Ara qatlarına 3 ədəd pomidor Hazırlanma qaydası: İlk öncə qabaqları sürtgəcdən keçirin və suyunu sıxın. Bir qaba qabaq rəndəsi, yumurta, duz, istiot və unu töküb qarışdırın. Tavada bitki yağı qızdırın. Qaşıqla qarışıqdan tavaya töküb nazik yayıb hər iki tərəfli qızardın. Qarışıq qurtaranadək bu qaydayla bişirin, 3-5 ədəd korj olacaq. Sousu hazırlamaq üçün bir qabda xama, xardal, rəndələmiş sarımsaq, soya sousu, xırda doğranmış yarım dəstə cəfərini qarışdırın. Qabaqdan bişirdiyiniz korjların arasına sous çəkərək üst-üstə düzün. Aralarına halqa formasında doğranmış pomidor düzün. Ən üst korja da sous çəkib, doğranmış pomidor və zövqə görə göyərtiylə bəzəyə bilərsiniz.
Nuş Olsun!
Servings: 1 yield(s)