Ramazanda Tox Tutan Qidalar

Sahurda yeyilən qidaların həm tox tutma xüsusiyyəti, həm də gün ərzində yaranan mədə problemlərinin qarşısının alınması baxımından əhəmiyyətlidir. Qidalanma mütəxəssislərinə görə, yaxşı bir Ramazan süfrəsinin iftarda da sahurda da məntiqli və məqbul olmalıdır. Bəs sahurda tox tutan qidalar hansılardır? Evdar.az Ramazanda tox tutan qidaların siyahısını təqdim edir. Zeytun Zeytun sahurda yeyiləcək qidaların arasında. Həzm sisteminə köməkçi olan zeytun, tox tutması ilə də sahur süfrələrinin ən sevimli qidalarndan biridir. Sahurda bir neçə dənə zeytun yeməyi unutmayın. Şorba Yaz tərəvəzləri ilə hazırlanmış mərcimək şorbası toxluq hissini dərhal yaratdığı üçün tövsiyyə edilir. Yumurta Yumurta sahur süfrəsinin əvəzolunmaz qidalarındandır. Təbii kənd yumurtası ən başda gedən tox tutan qidalardan biridir. Sahurda yumurta yeməyə mütləq diqqət edin. Çörək otu Sağlam yağlar baxımından zəngin olan çörək otu, salat və ya qatıqla birlikdə tox tutma xüsusiyyətini göstərir. Bundan əlavə çörək otu mədə problemləri üçün mükəmməldir. Çovdar çörəyi Çovdar çörəyi həm bağırsaq dostu, həm də tox tutması ilə sahurda istifadə edilməli qidalar arasındadır. Süd Çay və qəhvə yerinə sahurda süd içmək həm rahat yatmağınıza, həm də sizə lazımlı zülalları təmin edərək, gün boyu tox hiss etmənizə də köməkçi olar. Qatıq Qatıq eyni zamanda sizi tox tutaraq acmağınızı qarşısını alacaq. Qatığın içərisinə bir çay qaşığı darçın əlavə edərək qan şəkərini tarazlaya bilərsiniz. Qatıq həm də yuxu probleminə də yaxşı təsir edir. Banan Banan, tox tutan meyvələrdən biridir. Kalium mənbəyi olan banan, sahurda yeməkdən sonra bir porsiya yeyə bilərsiniz. Pendir Zülal baxımından qidalandırıcı olan pendir, sahurda sizi tox hiss etdirəcək. Sahurda iki dilim pendir yeyərək aclıq problemini aradan qaldıra bilərsiniz.
Allah Tutduğunuz Orucu Qəbul Etsin!
Servings: 1 yield(s)