Şəki Mətbəxinin Dad Çələngi Qırmabadam

Azərbaycan mətbəxində undan hazırlanan milli şirniyyat məmulatının 30-dan çox çeşidi var. Bunlardan biri qədimdən bəri Şəki mətbəxinin dad çələngindən ibarət Qırmabadamdır. Üstəlik qırmabadam həm desert kimi yeməkdən sonra və ya çay süfrəsində ləzzətlə istifadə etmək olar. Evdar.az qırmabadamın hazırlanma qaydasını təqdim edir. Tərkibi:
  • 84 qr düyü unu
  • 675 qr şəkər tozu
  • 285 qr fındıq ləpəsi
  • 35 qr yumurta ağı
  • 1 qr limon duzu
  • 2 qr keşniş toxumu
Hazırlanma qaydası: Bir qabda şəkər tozuna su əlavə edib ocağa qoyun. Limon duzu da əlavə edilib tərkibində 5-6 faiz su qalanadək bişirin. Bişmiş karamel kütləsini çırparaq soyudun. İstiliyi 50-60 dərəcə olduqda üzərinə yumurta ağı əlavə edib çırpmağı sürətləndirin. Kütlənin hazır olması onun ağ rəngindən və soyuduqda qırılmasından bilinir. Çırpılmış kütləyə xırdalanmış fındıq ləpəsi və keşniş toxumu əlavə edib qarışdırın. Kütləni 0,5 – 0,7 sm qalınlığında 15x8 sm ölçüdə forma verin. Üzərinə qovrulmuş düyü unu səpin.
Nuş Olsun!
Servings: 1 yield(s)