Sağlamlığa Faydalı Alma Çipsi

Çips dedikdə ağlımıza duzlu, kiçiklər və böyüklərin ən sevdiyi qəlyənaltı gəlir. Ancaq məqsəd  sağlam qida qəbul etməkdirsə sizlərə son dərəcə faydalı və ləzzətli resept təklif edirik. Tərkibində bir çox vitamin olan, immunitet sistemini gücləndirən, dəmir çatışmazlığı olanlar üçün almadan ev şəraitində çips hazırlaya bilərsiniz. 1 almada cəmi 50 kalori var və arıqlamaq istəyənlər üçün ideal qidalardan biridir. Evdar.az sizlərə sağlamlığa faydalı olan alma çipsinin ev şəraitində hazırlanma qaydasını təqdim edir.

Sağlamlığa Faydalı Alma Çipsinin tərkibi:

  • 4 ədəd alma
  • 2 xörək qaşığı bal
  • 1 çay qaşığı darçın

Sağlamlığa Faydalı Alma Çipsinin hazırlanma qaydası:

İlk öncə almaları yaxşıca yuyun. Yuyub quruladığınız almaları bütöv halqa şəklində nazik dilimləyin. Soba sinisinə yağlı kağız sərin. Alma dilimlərini yağlı kağız sərilmiş soba sinisinə aralıqlarla düzün. Dilimlərin üzərinə mətbəx fırçası köməyi ilə bal yaxın. Darçını kiçik bir ələklə bütün dililmlərin üzərinə ələyin. Əvvəlcədən 120 dərəcə qızdırılmış sobada 1 saata yaxın bişirin. İlındıqdan sonra süfrəyə verə bilərsiniz.
Nuş Olsun!
Servings: 1 yield(s)