Şimal Bölgəsinin Dadlı Halvası -Əsəday

Halva şərq xalqlarının süfrəsində yer alan şirniyyatlardandır. Bir çox növü olan halvanın bir növü də Şimal bölgəsinin məşhur "Əsəday" halvasdır. Tərkibi yağ, şəkər tozu və un olsa da, hazırlanma qaydası fərqlidir. Evdar.az dadı möhtəşəm, asan hazırlanan halvanın reseptini təqdim edir. Tərkibi:
  • 150 qr yağ
  • 200 qr un
  • 200 qr şəkər kirşanı
  • 1 çimdik duz
Hazırlanma qaydası: İlk öncə yağı tavada əridin. Üzərinə az-az un əlavə edib dayanmadan qarışdırın. Unun hamısını bir dəfəyə əlavə etməyin. Bir hissəsini yağda tam həll etdikdən sonra qalan unu da əlavə edin. Unu rəngİ dəyişənə qədər qovurun. Daha sonra ocağı söndürüb şəkər kirşanı əlavə edib yaxşıca qarışdırın. Əgər evdə şəkər kirşanı yoxdursa şəkər tozunu qəhvəüyüdənlə üyüdə bilərsiniz. Tam qarışdıqdan sonra halvanı bir boşqaba yığıb qaşıq və ya əlinizlə sıxlaşdırın. Halva tam soyuduqdan sonra üzərinə şəkər kirşanı səpib, doğrayıb süfrəyə verə bilərsiniz. Qeyd: Zövqə görə şəkər kirşanını şəkər tozuyla əvəz edə bilərsiniz.
Nuş Olsun!
Servings: 1 yield(s)