Sirkəsiz Qarışıq Turşu

Turşu dedikdə dərhal ağılımıza limon və ya limon duzu və sirkəsi çox olan turşular gəlir. Ancaq bu məhsulları çıxartdığınızda da turşu olur. Həm də çox faydalı və uzun müddət qalan turşulardan olur. Bu üsulu öyrəndikdən sonra daha tez-tez turşu hazırlamaq istəyəcəksiniz, həm də bu qədər uzun müddət qaldığına təəccüblənəcəksiniz.  Evdar.az sirkəsiz qarışıq turşunun hazırlanma qaydasını təqdim edir. Sirkə İstifadə Etmədən Turşu Necə Hazırlanır? Sirkəsiz turşu hazırlamağın iki fərqli üsulu var. Əgər evinizdə özünüz hazırladığınız qatığın suyu ya da pendir suyu varsa bunlarla şoraba suyu hazırlaya bilərsiniz. Əgər bu cür su yoxdursa yalnız içməli su və qaya duzu da istifadə edə bilərsiniz. Hər iki üsul üçün də əvvəlcə tərəvəzlərinizi yaxşıca  yuyun, lazım gələrsə sirkəli suda gözlədin. Daha sonra sularını yaxşıca süzün. Sonrasında da turşu etmək üçün lazımlı olan şüşə qablarınızı sterilizə edin. Əgər pendir altı suyu ya da qatıq suyu istifadə edəcəksinizsə bu suyun içərisində qaya duzunu yaxşıca həll edin. Əgər bunlar yoxdursa içməli suyun içərisinə qaya duzu əlavə edərək qarışdırıb əridin. 1 litrlik şüşə qab turşusu üçün 600 ml su, 1,5 - 2 xörək qaşığı qaya duzu və 100 ml zeytunyağı kifayət edəcək. Qabların ölçüsünə görə artırıb azalda bilərsiniz. Zeytun yağını əlavə etmədən şoraba suyunu hazırlayın. Turşunun ləzzətinə ləzzət qatmaq üçün qabın dibinə təzə üzüm yarpağı qoya bilərsiniz. Üzərinə, ortasına ya da dibinə soyulmuş sarımsaq da qoya bilərsiniz. Təmizlədiyiniz tərəvəzləri qaba yüngül basdıraraq düzün.  Daha sonra  hazırladığınız şoraba suyunu qablara bölüşdürün.  Ən vacib qeyd, şoraba suyunu aralarına dolacaq şəkildə doldurun. Arada bir qabın qapağını bağlayıb qabı tərs çevirin ki, aralara da su dolsun. Şoraba suyunu əlavə etdikdən sonra ən üst hissəsinə zeytun yağını tökün. Qabın qapağını möhkəmcə bağlayıb tərs çevirin. Daha sonra turşunu gün işığı düşməyən qaranlıq  və sərin bir yerdə təxminən 15-20 gün saxlayın. Bu müddət ərzində turşuların içərisində suyun köpürdüyünü görəcəksiniz. Bu turşunuzun olduğuna işarədir. Şoraba suyunu hazırladıqda duzun qədərinə çox diqqət yetirin ki, tam olsun. 15 gün ərzində turşunun qapağını açmayın. 15-ci günün sonunda qapaqlarını açıb yoxlaya bilərsiniz. Turşu hazırdır! Tez-tez bu üsulla turşu hazırlamaq istəyəcəksiniz, çünki bu turşular bağırsağın ən yaxşı dostudur.
Servings: 1 yield(s)