Sobada Balqabaqda Plov

Balqabaqdan dadından doymayacağınız və gözəl görünüşlü plov hazırlaya bilərsiniz. Evdar.az sobada balqabaqlı plovun reseptini təqdim edir. Tərkibi:
  • orta ölçülü balqabaq
  • 2 stəkan düyü
  • 2-3 ədəd soğan
  • 500 qr ət (istədiyiniz ət növü)
  • 1 ovuc şabalıd
  • ərik qurusu, üzüm qurusu, alça qurusu
  • 3-4 xörək qaşığı kərə yağı
  • 1 çay qaşığı duz
  • 2-3 çay qaşığı şəkər tozu
Hazırlanma qaydası: Düyünü bildiyimiz qaydada suda bişirib süzün. Balqabağın üst hissəsini qapaq formasında kəsib iç hissəsini təmizləyib boşaldın. Soğanı doğrayıb yağda qovurun. Üzərinə əvvəlcədən bişirilmiş ət tikələrini əlavə edib qarışdırın. Bişmiş şabalıdı, ərik qurusunu, üzüm qurusunu, alça qurusunu əlavə edin. İçi təmizlənmiş balqabağın içərisinə bir qaşıq duz səpin. 2-3 qaşıq şəkər tozu və 2-3 qaşıq kərə yağını hər tərəfinə səpin. Bişib süzülmüş düyüdən iki kəfkir qaşıqla töküb üzərinə içlikdən səpin. Ən son balqabaq dolana qədər düyünü tökün. Balqabağın qapağını örtüb hər tərəfinə folqa kağızı bükün. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 1,5 saat bişirin. Folqa kağızını çıxarıb açıq halda 15 dəqiqə bişirin. Süfrəyə verdiyiniz balqabaqlı plovu kənarlarından kəsərək açın və boşqablara çəkin.
Nuş Olsun!
Servings: 1 yield(s)