Sobada Qril Dadında Toyuğun hazırlanma qaydası:
İlk öncə toyuğu bir tərəfindən kəsib 15 dəqiqə suda bişirin. Bişən toyuğun suyunu süzün və üzərinə istiot, bibər tozu, acı sous, xardal, sirkə, sarımsaq tozu, soya sousu, qatıq, duz töküb yaxşıca toyuğa bulayın. 15 dəqiqə kənarda saxlayın sous toyuğa hopsun. Soba sinisinə alma dilimli kartof və göbələkləri düzün. Orta hissəsinə içi su dolu kasanı yerləşdirin. Sobanın ızgara telinin üzərinə toyuğu yerləşdirin. Əvvəlcədən 180 dərəcə qızıdırılmış sobada təxminən 50 dəqiqə bişirin.
Nuş Olsun!