Şokoladdan Yarpaq Dekoru

Tortlar və piroqlar üçün şokoladdan ləzzətli dekor hazırlaya bilərsiniz. Zəhərli maddələr yaymayan yarpaqlardan məsələn: gül yarpağı, ağcaqayın yarpağı, palıd yarpağı, qızılağac yarpağını yaxşıca yuyub istifadə etmək olar. Evdar.az ləzzətli dekorun hazırlanma qaydasını təqdim edir. Tərkibi:
  • 1 ədəd plitka şokolad (ağ, tünd və ya südlü)
  • təmiz fırça
Hazırlanma qaydası: İlk öncə yarpaqları yaxşıca yuyub qurulayın (nəm olmamalıdır). Şokoladı su hamamında və ya mikrodalğalı sobada əridin. Fırça köməyi ilə ərinmiş şokoladı yarpaqların ön tərəfinə yaxın. Qat çox incədirsə proseduru təkrarlaya bilərsiniz. Şokoladlı yarpaqları bərkiməsi üçün təmiz bir dəzgahın üzərinə qoyun və ya soyuducuya yerləşdirin. Bərkiyən şokoladları yarpağın sap hissəsindən tutaraq ehtiyyatla çıxarın. Müxtəlif rəngli şokoladdan istifadə edərək maraqlı bir kompozisiya əldə edə bilərsiniz. Yarpaqlardan bir çiçək əmələ gətirə bilərsiniz. Və ya tortun üzərinə düzərək payız əhval-ruhiyyəsi vermək olar.  
Servings: 1 yield(s)