Şokoladlı “Antistress” Çizkeyki

Zəngin şokolad dadı ilə çox zərif, möhtəşəm çizkeyk hazırlaya bilərsiniz. Evdar.az şokoladlı "Antistress" çizkeykinin reseptini təqdim edir.

Şokoladlı "Antistress" Çizkeykin tərkibi:

  • 250 qr kəsmikli pendir
  • 160 qr şokolad
  • 200 qr xama
  • 200 qr şəkər tozu
  • 150 qr şokoladlı peçenye
  • 4 ədəd yumurta
  • 45 qr kərə yağı

Şokoladlı "Antistress" Çizkeykin hazırlanma qaydası:

İlk öncə peçenyeni toz halına gətirin. Kərə yağını əridib peçenyenin üzərinə əlavə edib qarışdırın. Yağlı peçenyeni yaxşıca sıxaraq orta ölçülü keks qəlibinin döşəməsinə döşəyin. Daha sonra 30 dəqiqəlik soyuducuya yerləşdirin. Bir qabda kəsmikli pendir, xama və şəkər tozunu yaxşıca qarışdırın. Yumurtaları bir-bir əlavə edib çırpmağa davam edin. Üzərinə əridilmiş şokoladı da əlavə edib qarışdırın. Kremi soyuducudan çıxartdığınız qəlibə töküb hamarlayın. Qəlibi soba sinisinə yerləşdirin. Siniyə su töküb əvvəlcədən 160 dərəcə qızdırılmış sobada 1 saat bişirin. Sobanın qapısı açıq halda 30 dəqiqə soyudun. Daha sonra sobadan çıxarıb qəlibdən ayırın. Çizkeyki bir gecə dinləndirib süfrəyə verdikdə daha da ləzzətli olacaq.
Nuş Olsun!
Servings: 1 yield(s)