Şokoladlı Günəbaxan Halvası

Halva - bütün dünyada məşhur olan bir şərq desertidir. Halvanın bir çox reseptəri var.  Evdar.az bu gün sizlərə şokoladlı günəbaxan halvasının reseptini təqdim edir. Tərkibi:
  • 300 qr təmizlənmiş günəbaxan tumu
  • 1-2 xörək qaşığı xurma siropu və ya bal
  • 30 qr tünd şokolad
Üzəri üçün küncüt və təmizlənmiş günəbaxan tumu Hazırlanma qaydası: Günəbaxan tumunu tavada yüngül qovurun. Soyuyan tumları blenderdən keçirin, üzərinə xurma siropu və ya bal əlavə edib qarışdırın. Alınan kütləni isladılmış əllə götürərək buz qəliblərinə bölüşdürüb soyuducuda yarım saat saxlayın. Daha sonra konfetləri qəlibdən götürüb əridilmiş şokoladla, küncüt və günəbaxan tumuyla bəzəyin.
Nuş Olsun!
Servings: 1 yield(s)