Şokoladlı Manna Yarması Sıyığı

Yields: 1 Serving

Manna yarması vitamin və minerallarla zəngindir. Manna yarmasından hazırlanan sıyıq uşaqlıqdan bəri hər kəsin sevərək yediyi, xüsusilə səhər yeməyi süfrəsində yer alan dadlı bir sıyıqdır. Menyunuzu müxtəlifləşdirmək üçün şokoladlı manna yarması sıyığını bişirməyi tövsiyyə edirik. Evdar.az dadı ilə sizi xoş təəccübləndirəcək şokoladlı manna yarması sıyığının reseptini təqdim edir.

Tərkibi:

  • 2 stəkan süd
  • 3 xörək qaşığı manna yarması
  • 1 xörək qaşığı şəkər tozu
  • 2 çay qaşığı kakao
  • 2 çay qaşığı kərə yağı

Hazırlanma qaydası:

İlk öncə südü qaynadın. Qaynayan südə şəkər tozu əlavə edib qarışdırın. Südü qarışdıra-qarışdıra manna yarmasını az-az əlavə edin. Davamlı qarışdıraraq təxminən 5 dəqiqə bişirin. Üzərinə kakaonu da ələyib əlavə edin və qarışdıraraq 1 dəqiqə bişirin. Bişən sıyığı boşqablara bölüşdürüb üzərinə kərə yağı qoyun. Zövqə görə sıyığın üzərinə dilimlənmiş banan və ya giləmeyvə düzüb süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir