Sovet Dövrünün Nostalgiyası – Buşe Pirojnası

Yields: 1 Serving

Sovet dövrünün dadı damaqda qalan şirniyyatlarından biri də Buşe pirojnasıdır. Vətəni Fransa olan bu pirojna zərif və dadlıdır. Evdar.az Sovet dövrünün nostalgiyasını sevənlər üçün Buşe pirojnasının reseptini təqdim edir.

Tərkibi:

  • 3 ədəd yumurta
  • 100 qr şəkər tozu
  • 80-100 qr un

Kremi üçün:

  • 150 ml 33-35 %-lik qaymaq
  • 50 qr şəkər tozu

Hazırlanma qaydası:

İlk öncə yumurtaların ağını sarısından ayırın. Bir qabda yumurta ağını 50 qr şəkər tozuyla mikserlə çırpın. Başqa bir qabda 50 qr şəkər tozuyla yumurta sarısını da çırpın. Daha sonra çırpılmış yumurta ağı və sarısını ehtiyyatla birləşdirin. Un da əlavə edib qarışdırın. Soba sinisinə yağlı kağız sərin və yağlayın. Xəmirdən diametri 4 sm olan dairələr şəklində siniyə aralıqlarla yayın. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada üzəri qızılırəng olanadək 10-15 dəqiqə bişirin. Bişən pirojnaları soyudun.


Kremi hazırlamaq üçün qaymağı şəkər tozuyla çırpın. Bişən pirojnaların birini kremləyib digərini üstünə yerləşdirin. Bütün pirojnaları bu şəkildə kremləyin. Hazır pirojnaları 8-10 saatlıq soyuducuya yerləşdirin. Süfrəyə verdikdə üzərinə su hamamında əridilmiş tünd və ya südlü şokolad yaxıb, əridilmiş ağ şokoladla cizgilər ata bilərsiniz. Və ya zövqə görə bəzəyə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir