Soyuq Havanın İsti Yeməyi-Xaş

Yields: 1 Serving Difficulty: Medium

Soyuq havaların əvəzolunmaz yeməyi Xaş və ya Kəllə paça. Xaş yeməyi immuniteti zəif, xəstə olan insanların dərmanıdır. Çünki onun tərkibindəki maddələr sümüklərin möhkəmlənməsinə səbəb olur. Həmçinin xaş insana enerji verir. Odur ki, soyuq günlərdə sağlamlığın qorunması üçün xaş əvəzolunmaz bir yemək sayılır. Evdar.az soyuq havaların sevilən yeməyi xaşın reseptini təqdim edir.

Tərkibi:

  • 2 ədəd mal (dana) ayağı
  • su
  • baş soğan
  • duz
  • dənə istiot
  • dəfnə yarpağı
  • sirkə-sarımsaq və ya abqora

Hazırlanma qaydası:

Malın ayaqlarını ocaqda ütüb, bıçaqla isti-isti dırnaqlarını çıxarın, tüklərini ütərək təmizləyin. Təmizlənmiş ayaqları 2 – 3 yerə bölün. Dırnaqların arasını yararaq orta hissəsində olan artıq hissəni kəsib atın. Daha sonra ayaqları isti su ilə yaxşıca yuyun. Böyük ölçülü bir qazana kəsilmiş ayaqları qoyun və üzərinə su tökün. Su ayaqları 15-20 sm örtməlidir. Qazanı zəif ocağa qoyun və vaxtaşırı kəfini yığın. Daha sonra su qaynamağa başladıqda suyu boşlaldıb ayaqları bir daha yuyun. Qazana təmiz su töküb yuyulmuş ayaqları da əlavə edib zəif ocaqda gecədən səhərə kimi (ət sümükdən ayrılana qədər) bişirin. Bişən xaşın içinə baş soğan əlavə edin. Bişirilməyin sonuna yaxın duz, istiot dənəsi və dəfnə yarpağı tökün. Hazır xaş yeməyini sirkə-sarımsaq və ya abqora ilə süfrəyə verin. Xaş yeməyi zamanı lavaş, təndir çörəyindən və müxtəlif növlü turşulardan  da istifadə edə bilərsiniz.

Nuş Olsun!

 

Tags

#xaş resepti  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir