Süfrə Üçün Kreativ İdeyalar

Heç kimə sirr deyil ki, yemək iştahaçan göründüyü zaman daha dadlı olur. Əgər fantaziyanızı işə salıb onu yalnız bir boşqabda deyil, daha yaradıcı bir şəkildə təqdim etsəniz qonaqlarınız məmnun qalacaq. Evdar.az hər hansı bir süfrəni dərhal dəyişdirəcək sadə və kreativ ideyaları bir araya topladı.

BUKET

Kolbasa və tərəvəzlərdən ibarət buket.. Müxtəlif çeşidli kolbasa, pendir, kahı, xiyar, çerri pomidoru və fiqurlu doğranmış qaynadılmış yumurtadan hazırlanmış iştahaaçan bir buket.

DOVŞANLAR

Qaynadılmış yumurtadan hazırlanan dovşan Diş çöpü, göyərti, pomidor dilimi və mixək dənələri köməyi ilə bərk qaynadılmış yumurtaları cazibədar dovşanlara çevirə bilərsiniz.

TOVUZQUŞU

Meyvə və giləmeyvələrdən hazırlanmış tovuzquşu. Armud və meyvə-giləmeyvə kanapelərindən hazırlanan məzəli bir tovuz quşu şirin bir süfrənin möhtəşəm bir detalına çevriləcək və bütün qonaqların ürəyini fəth edəcək.

PARABÜZƏN

Mozzarella pendir dilimlərinə düzülmüş parabüzənlər Mozzarella dairələri çerri pomidorları və zeytunla hazırlanmış parabüzənlərlə bəzədilir.

ÇİÇƏK QÖNÇƏLƏRİ

Kolbasa və bibərdən hazırlanmış gül qönçələri. Acı yaşıl bibər və kolbasadan hazırlanan gül qönçələri süfrənizi bəzəyəcək.

MEYVƏLİ OAZİS

Meyvə və giləmeyvə ilə bəzədilmiş biskvit. Sadə bir biskviti  üstünə düzülmüş meyvə və giləmeyvələr dəyişəcək.

MEYVƏ QABI

Portağal qabığında meyvələr. Səliqəli doğranmış portağal qabığını qeyri-adi bir qab kimi istifadə edilə bilər. Sadəcə portağal qabıqlarını mixək dənəsi ilə bəzəyin və incə doğranmış meyvə və giləmeyvə ilə doldurun.  
Servings: 1 yield(s)