Tənbəl Üsulu Varenik

Yemək bişirməyə vaxtı az olanlar üçün mükəmməl bir resept. Evdar.az tənbəl üsulu kəsmikli vareniklərin  reseptini təqdim edir. Tərkibi:
  • 250 qr kəsmik
  • 1 ədəd yumurta
  • 5 xörək qaşığı un
  • bir çimdik duz
  • 1 xörək qaşığı şəkər tozu
Üzəri üçün:
  • xama
  • mürəbbə və ya cem
Hazırlanma qaydası: Bir qabda kəsmiyin üzərinə yumurta, duz və şəkər tozu əlavə edib blenderlə qarışdırın. Üzərinə un əlavə edib qaşıqla qarışdırın. Dəzgahın üzərinə un səpib xəmiri uzun kolbasa forması verin. Xəmiri 1 sm qalınlığında hissələrə bölün. Hər hissəni una bulayın. Qazanda duzlu su qaynadın, varenikləri 4-5 dəqiqəlik qaynayan suya salıb sudan çıxarın. Bişən varenikləri boşqaba qoyub üzərinə xama və cem əlavə edin.
Nuş Olsun!
Servings: 1 yield(s)