Tavada Ətirli Skumbriya Qızartması

Yields: 1 Serving

Skumbriya o qədər faydalı balıqdır ki, onu rasionuna mütləq daxil etməlisiniz. Çünki skumbriya Omega-3 yağ turşularının, vitamin və mineral kütləsinin ilk mənbəyidir. Bu faydalı balıqdan çox dadlı və tez bir zamanda hazırlaya biləcəyiniz bir resept. Evdar.az tavada ətirli skumbriya qızartmasının reseptini təqdim edir.

Tərkibi:

  • 1 ədəd skumbriya
  • 10 qr kərə yağı
  • 1 budaq rozmarin
  • 2 xörək qaşığı bitki yağı
  • zövqə görə duz, istiot

Hazırlanma qaydası:

İlk öncə skumbriya balığını təmizləyib yaxşıca yuyun. Üzgəç, baş və quyruq hissəsini kəsib atın. Balığın üzərindən bıçaqla kəsiklər atın və 1 xörək qaşığı bitki yağı səpin. Balığın içərisinə kərə yağı dilimi və 1 budaq rozmarin yerləşdirin. Balığın üstünü iki tərəfli duzlayıb istiot səpin. Tavaya 1 xörək qaşığı yağ töküb qızdırın. Balığı qızğın yağda 3 dəqiqə güclü odda hər iki tərəfini qızardın. Daha sonra ocağı zəiflədib tavanı qapağın örtün və zəif odda 5 dəqiqə bişirin. Bu balıq qızartmasınn yanına pomidor salatını hazırlaya bilərsiniz. Bunun üçün 10 ədəd çerri pomidorunu dilimləyin,üzərinə doğranmış 5 ədəd nanə yarpaqları, laym şirəsi, zeytun yağı və duz əlavə edib qarışdırın. Hazır balıq qızartmasını ətirli salatla süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir