Tavada Almalı Omlet

Səhər yeməyi üçün 10 dəqiqəyə kəsmikli şirin omlet hazırlaya bilərsiniz. Evdar.az sadə məhsullardan hazırlanan tavada almalı omletin reseptini təqdim edir. Tərkibi:
  • 3 ədəd yumurta
  • 120 qr kəsmik
  • 165 qr alma
  • kərə yağı
  • şəkər tozu
  • duz
Hazırlanma qaydası: Almaların qabığını soyun və cecəyini kəsib atın. Daha sonra almaları nazik yarımhalqa şəklində dilimləyin. Tavada kərə yağını əridin və almaları tez-tez qarışdıraraq yumşalanadək bişirin. Bir qabda yumurta, kəsmik və duzu tel çırpıcıyla qarışdırın. Çırpdığınız kütləni bişmiş almaların üzərinə töküb 1 dəfə qarışdırın və tavanın qapağını örtün. Zəif ocaqda 8-10 dəqiqə bişirin. Üzərinə şəkər kirşanı və ya darçın səpib süfrəyə verə bilərsiniz.
Nuş Olsun!
Servings: 1 yield(s)