Tort Və Kapkeyk Üçün Asan Hazırlanan Şokoladlı Krem

Yields: 1 Serving

Tortlar, pirojnalar və eklerlər üçün ləzzətli şokoladlı krem. Evdar.az tez və asan hazırlanan şokoladlı kremin reseptini təqdim edir.

Tərkibi:

  • 250 qr şokolad
  • 250 qr qaymaq
  • 3 dolu xörək qaşığı krem pendir

Hazırlanma qaydası:

Bir qabda şokoladın üzərinə qaymağı əlavə edib mikrodalğalı sobada və ya su hamamında qarışdıraraq əridin. Daha sonra qabın üzərini bir streçlə bağlayıb soyuducuya 5-6 saatlıq (mütləq!) yerləşdirin. Saatın tamamında soyuducudan çıxartdığınız şokoladlı kütlənin üzərinə krem pendir əlavə edib krem halına gələnə qədər mikserlə bir neçə dəqiqə çırpın. Ancaq uzun müddət çırpmayın! Hazırladığınız kremi konditer torbasına doldurub tortlar və kapkeykləri bəzəmək üçün istifadə edə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir