Toyuq Filesindən Xəmirsiz Pizza

Yields: 1 Serving

Fərqli dad sevənlər üçün toyuq filesindən xəmirsiz pizza hazırlaya bilərsiniz. Evdar.az xəmirsiz pizzanın reseptini təqdim edir.

Tərkibi:

  • 3 ədəd toyuq filesi
  • 2 ədəd pomidor
  • 150 qr holland pendiri
  • 4 diş sarımsaq
  • 1 çay qaşığı tomat pastası
  • 3 xörək qaşığı zeytun yağı
  • 1 çay qaşığı duz
  • istiot

Hazırlanma qaydası:

Pomidorları halqa formasında doğrayın. Toyuq filesini orta hissəsindən kəsib ət döyənlə döyəcləyib açın. Dairəvi soba sinisini yağlayıb döyəclədiyiniz toyuq filelərini düzün. Üzərinə duz, istiot səpin. Sarımsaqları əzib üzərinə tomat və zeytun yağı töküb qarışdırın. Hazırladığınız tomatlı qarışığı ətlərin üzərinə hərtərəfli yayın. Daha sonra üzərinə pomidor dilimlərini düzüb sürtgəcdən keçirilmiş holland pendiri səpin. Əvvəlcədən 200 dərəcə qızıdırılmış sobada bişirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir