Toyuq Ürəyi Və Tərəvəzlərlə İsti Salat

Faydalı toyuq ürəyindən tərəvəzlərlə dadlı isti salat hazırlaya bilərsiniz. Evdar.az toyuq ürəyindən hazırlanan dadlı salatın reseptini təqdim edir. Tərkibi:
  • 1 kq toyuq ürəyi (və ya hinduşka)
  • 3 ədəd xiyar
  • 3 müxtəlif rəngli bolqar bibəri
  • Pekin kələmi (orta ölçülü)
  • 1 ədəd soğan
  • 2 diş sarımsaq
  • 50 ml soya sousu
  • 2 xörək qaşığı zeytun yağı
  • zövqə görə istiot
Marinad üçün:
  • 100 ml soya sousu
  • 3 diş sarımsaq
  • ½ limonun suyu
  • 2 xörək qaşığı zeytun yağı
  • duz, istiot zövqə görə
Haırlanma qaydası: İlk öncə toyuq ürəyini istədiyiniz ölçüdə doğrayın və yuyun. Bir qaba yuyulmuş ürəkləri töküb üzərinə soya sousu, rəndələnmiş sarımsaq, duz, sitiot ,zeytun və yağı və limon suyu töküb qarışdırın. Qabın üzərinə streç salafan keçirib marinə olması üçün 2 saatlıq soyuducuya yerləşdirin. Soyuducudan götürdüyünüz marinad olunmuş ürəkləri  böyük ölçülü tavada və ya sacda yüksək odda tez-tez qarışdıraraq 5 dəqiqə bişirin. Soğanı yarım halqa doğrayın. Sarımsağı xırda doğrayın, xiyarı istədiyiniz ölçüdə doğrayın. Pekin kələmini də doğrayın. Bibərləri də uzun formada doğrayın.  Tavaya yağ töküb ilk öncə sarımsağı qovurun,daha sonra doğranmış bibərləri də bir neçə dəqiqə qovurun. Dərin bir qaba bişmiş ürəyi, qovrulmuş sarımsaqlı bibəri, doğranmış pekin kələmini, xiyarı, soğanı da töküb qarışdırın.Salata soya sousu, zeytun yağı, və duz, istiot əlavə edib yaxşıca qarışdırın. Hazır salatı süfrəyə verə bilərsiniz.
Nuş Olsun!
Servings: 1 yield(s)