Toyuqlu Və Göbələkli Salat Tortu

salat-tortu1
Yields: 1 Serving Difficulty: Medium

Bayram və ya ad günü üçün süfrəyə verilən salatlarla qonaqlarınızı təəccübləndirə bilərsiniz. Evdar.az toyuqlu, marinə edilmiş gobələkli salatın reseptini təqdim edir.

Toyuqlu Və Göbələkli Salat Tortunun tərkibi:

  • 1 banka marinə edilmiş göbələk
  • 300 qr toyuq filesi
  • 2 ədəd yerkokü
  • 3 ədəd kartof
  • 3 ədəd yumurta
  • 3 ədəd turşu xiyar
  • 2 tikə marinə edilmiş bibər
  • 1 banka konservləşdirilmiş qarğıdalı dənəsi
  • 1 dəstə yaşıl soğan
  • 30p-400 qr mayonez
  • duz, istiot zövqə görə

Toyuqlu Və Göbələkli Salat Tortunun hazırlanma qaydası:

Bir qabda kartof, yerkökü və yumurtanı soyutma bişirin. Toyuq filesini doğrayıb duz istiot vurun. Doğranmış fileni tavada yağda 3-4 dəqiqə qovurun. Qabığı soyulmuş yumurta, kartof, yerkökü, turşu xiyar, marinə olunmuş bibər və yaşıl soğanı xırda doğrayın. Qarğıdalı dənəsini süzüb, bir az üzəri üçün kənara ayırın. Göbələklərin suyunu süzün.

Diametri 26 sm olan dairəvi qəlibə streç salafan sərin. Süzülmüş göbələkləri bütöv şəkildə papaqları aşağı olmaq şərtiylə düzün. Üzərinə xırda doğranmış yaşıl soğan səpin. Daha sonra yerkökü yerkökü töküb, duz və istiot vurub mayonez yaxın. Üstündən toyuq filesi qızartmasını yayın. Bu qatın üsütndən doğranmış turşu xiyar, bibər, qarğıdalı dənələri düzüb və mayonez yaxın. Qarğıdalı dənəsindən üzəri üçün bir az ayırın.Bir qata da xırda doğranmış yumurta, duz, istiot və mayonez yaxın.Ən son qat kartof, duz, istiot və mayonez yaxın. Salatın üzərini folqa kağızıyla örtüb 6-7 saatlıq soyuducuya yerləşdirin. Daha sonra folqa kağızını çıxarıb böyük boşqabla salatı örtün. Salatı boşqaba çevirib streç salafanı ehtiyyatla çıxarın. Üzəri üçün ayırdığınız qarğıdalı dənələrini salatın kənarlarından düzə bilərsiniz. Salat hazırdır, süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir