Turp İlə Hazırlanan Dadlı Və Vitaminli Salatlar

Turp insan orqanizmi üçün çox faydalıdır. Tərkibində yüksək miqdarda C vitamini var. Yalnız 100 qram turp insanın gündəlik ehtiyacının dörddə birini təşkil edir. Bundan əlavə turp fol turşusu, B vitamini, riboflavin və kaliumla zəngindir. Faydalı turpdan ləzzətli salatlar hazırlaya bilərsiniz. Evdar.az dadlı və vitaminli turp ilə hazırlanan salatlarının reseptini təqdim edir.

Turp Və Yumurta İlə Vitaminli Salat

Tərkibi:
  • 300 qr turp
  • 1 dəstə yaşıl soğan
  • 4 ədəd yumurta
  • 1 dəstə cəfəri
  • zövqə görə mayonez
  • xama

Hazırlanma qaydası:

İlk öncə turpları yaxşıca yuyun və kağız dəsmalla suyunu qurudun. Daha sonra turpları nazik halqa şəklində doğrayın. Göyərtiləri də yuyub suyunu süzün və xırda doğrayın. Yumurtanı duzlu suda bişirin və qabığını təmizləyin. Bişmiş və soyumuş yumurtanı da kub formasında doğrayın. Salatı qarışdıracağınız qaba turp, yumurta və göyərtini töküb qarışdırın. Üzərinə zövqə görə mayonez və xama əlavə edin. Duz və istiot töküb salatı qarışdırın. Hazır salatı porsionluq hot-doq çörəyinin arasında kahı yarpaqlarıyla birgə süfrəyə verə bilərsiniz.

Turp Və Kəsmiklə Faydalı Qəlyanaltı-Salat

Tərkibi:

  • 400 qr kəsmik
  • 250 qr turp
  • 2 ədəd yumurta
  • bir neçə budaq yaşıl soğan
  • zövqə görə xama
  • duz, istiot

Hazırlanma qaydası:

İlk öncə turpu yuyub kağız dəsmalla qurulayın. Yaşıl soğanı da yuyub suyunu qurudun. Turpu nazik halqalar şəklində doğrayın. Üzərinə xırda doğranmış yaşıl soğan töküb qarışdırın. Duzlu suda yumurtanı bişirib qabığını soyun. Qabığı soyulmuş və soyuyan yumurtaları orta ölçüdə doğrayın. Dərin salat qabında turp, göy soğan və yumurtanı yaxşıca qarışdırın. Duz, istiot və xama töküb qarışdırın. Bu salatı süfrəyə tost çörəyilə birlikdə verə bilərsiniz.

Turp və Xiyar ilə Mayonezsiz Salat

Tərkibi:

  • 2 ədəd təzə xiyar
  • 1 dəstə turp
  • 1/4 stəkab zeytun yağı
  • 1/4 stəkan alma sirkəsi
  • 1 çay qaşığı dəniz duzu

Hazırlanma qaydası:

Turp və xiyarı yuyub kağız dəsmalla qurulayın. Xiyarı yarım halqa şəklində doğrayın. Turpu isə nazik halqalar şəklində doğrayın. Salatı hazırlayacağınız qabda xiyar və turpu qarışdırıb duz səpin. Başqa bir qabda alma sirkəsi və zeytun yağını qarışdırıb salatın üzərinə gəzdirin.Zövqə görə salatın üzərinə doğranmış təzə şüyüd səpə bilərsiniz.
Nuş Olsun!
Servings: 1 yield(s)