Ucuz Başa Gələn Ləzzətli “Julietta” Salatı

“Julietta” salatı dadına görə çox qeyri-adi bir salatdır, hazırlanması üçün yalnız tərəvəzlərdən istifadə olunur. Buna görə də, ət və ət məhsulları yemirsinizsə, bu salatı mütləq nəzərə almağa və ən qısa zamanda hazırlamağa dəyər. Evdar.az ucuz başa gələn və dadlı salatın reseptini təqdim edir. Tərkibi:
  • 0,5-1 ədəd soğan (ağ və ya qırmızı soğan)
  • 1 ədəd təzə xiyar
  • 3-4 xörək qaşığı konservləşdirilmiş qırmızı lobya
  • 2 xörək qaşığı zeytun
  • 1 xörək qaşığı bitki yağı (və ya zeytun yağı)
  • 1-2 çimdik duz
  • zövqə görə istiot
Hazırlanma qaydası: İlk öncə təzə xiyarı yuyub kub formasında doğrayın. Soğanı da yarım halqa formasında doğrayım. Salatı hazırlayacağınız qaba konservləşdirilmiş qırmızı lobyanı tökün. Üzərinə zeytunu zövqə görə bütöv halda və ya doğrayaraq əlavə edə bilərsiniz. Doğranmış xiyar və soğanı da əlavə edib qarışdırın. Duz, istiot və bitki yağı da əlavə edib qarışdırın. Salat hazırdır! Zövqə görə salatı süfrəyə verdikdə üzərini təzə cəfəri və ya şüyüdlə bəzəyə bilərsiniz.
Nuş Olsun!
 
Servings: 1 yield(s)