Unsuz Qozlu Peçenye

Reseptində un olmayan inanılmaz dadlı peçenye hazırlaya bilərsiniz. Evdar.az asan hazırlanan unsuz qozlu peçenyenin reseptini təqdim edir. Tərkibi:
  • 100 qr qoz ləpəsi (azca qovrulmuş və ya qovrulmamış)
  • 1 ədəd yumurta ağı
  • 1 çay qaşığı şəkər tozu
  • çimdiz duz
Hazırlanma qaydası: Qoz ləpəsini blenderlə xırdalayın. Yumurta ağınının üzərinə çimdik duz səpib mikserlə 2-3 dəqiqə çırpın. Çırpılmış yumurta ağının üzərinə şəkər tozu və xırdalanmış qoz ləpəsi töküb qarışdırın. Soba sinisinə yağlı kağız sərin. Hazırladığınız kütlədən 1 çay qaşığı götürüb aralıqlarla siniyə düzün. Bu qaydayla bütün kütləni yağlı kağızın üzərinə düzüb əvvəlcədən 150 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.
Nuş Olsun!
Servings: 1 yield(s)