Uşaq Bağçasındaki Kimi İnanılmaz Dərəcədə Dadlı Bulka

Uşaq bağçasında bişən inanılmaz dərəcədə dadlı və şirin bulkanı uşaqlarınız üçün özünüz bişirə bilərsiniz. Evdar.az ətirli və dadlı bulkanın reseptini təqdim edir.

Uşaq Bağçasındaki Kimi İnanılmaz Dərəcədə Dadlı Bulkanın tərkibi:

  • 300 qr un
  • 130 ml su
  • 70 qr şəkər tozu
  • 10 qr quru maya
  • 60 qr yumşaq kərə yağı
  • çimdik duz
  • üzəri üçün yumurta

Uşaq Bağçasındaki Kimi İnanılmaz Dərəcədə Dadlı Bulkanın hazırlanma qaydası:

Bir qabda unun çox hissəsini və üzərinə maya tökün. Daha sonra üzərinə isti su və 1 xörək qaşığı şəkər tozu əlavə edib qarışdırın. Qabın üzərinə streç salafan keçirib isti yerdə 20-30 dəqiqə saxlayın. Yarım saat sonra üzərinə qalan şəkər tozunu, unu, çimdik duzu və əridilmiş kərə yağını əlavə edib xəmir yoğurun. Xəmiri bitki yağıyla yağlanmış təmiz bir qaba qoyub üzərini streç salafanla örtün. 1-1,5 saatlıq kənarda saxlayın. Unlanmış dəzgahın üzərində xəmiri 7 bərabər hissəyə bölün. Kündələyib yağlanmış soba sinisinə düzün. Yumurtanı çəngəllə yüngül çırpıb kündələrin üzərinə yaxın. Üzərinə mətbəx dəsmalı sərib 15-20 dəqiqə kənarda saxlayın. Həcmi artan bulka xəmirlərinə yenidən yumurta yaxıb şəkər tozu səpin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin.
Nuş Olsun!
Servings: 1 yield(s)