Uşaqlar Üçün Bananlı Südlü Kokteyl

Uşaqlarınıza ləzzətli və faydalı bir südlü kokteyli hazırlayın. Bir stəkan kokteyl səhər yeməyini əvəz etməyə qadirdir. Evdar.az yalnız 3 məhsulla hazırlanan kokteylin reseptini təqdim edir. Tərkibi:
  • 3 ədəd banan
  • 60 qr şirin peçenye (Yubileynoye və s.)
  • 700 ml süd
  • üzəri üçün qaymaq
Hazırlanma qaydası: Bananın qabığını soyub dilimləyin. Blenderin qabına doğranmış banan dilimləri, peçenye və süd əlavə edib yaxşıca qarışdırın. Kokteyli badəyə töküb üzərini çırpılmış qaymaqla bəzəyin. Uşaqlar üçün kokteyl hazırdır. Nuş Olsun!
Servings: 1 yield(s)