Vitaminlərlə Zəngin Azərbaycan Yeməyi – Qozlu Kükü

Qozlu Kükü - Azərbaycan mətbəxinin dadlı yeməklərindən biridir. Evdar.az vitaminlərlə zəngin qozlu kükünün reseptini təqdim edir. Tərkibi:
  • 80 qr qoz ləpəsi
  • 4 ədəd yumurta
  • 40 qr göy soğan
  • 30 qr keşniş
  • 20 qr şüyüd
  • 50 qr ispanaq
  • 60 qr kərə yağı
  • duz
  • istiot
Hazırlanma qaydası: Qozlu kükünü hazırlamaq üçün ilk öncə göyərtiləri yaxşıca yuyub süzün. Yuduğunuz göyərtiləri xırda doğrayın. Bir qabda yumurtaları çırpın. Daha sonra üzərinə xırda doğranmış göyərtini töküb qarışdırın. Üzərinə xırdalanmış qoz ləpəsi , duz və istiot əlavə edib yaxşıca qarışdırın. Göyərtili kütləni qızdırılmış yağlı tavaya töküb iki tərəfli bişirin. Bişən kükünü zövqə görə kəsib süfrəyə verə bilərsiniz. Qozlu kükü
Nuş Olsun!
Servings: 1 yield(s)