Xiyar Turşusunun Asan Hazırlanma Qaydası

Xiyar turşusu qadınların hazırlamaqda çətinlik çəkdikləri reseptlərdən biridir. Evdar.az bir çox yeməklərin yanında süfrəyə verdiyiniz turşu xiyarın ən asan hazırlanma qaydasını təqdim edir.

Xiyar Turşusunun tərkibi:

700 qr-lıq banka üçün -
  • 1 budaq quru şüyüd başı
  • bir az qıtıqotu (xren) yarpağı
  • 3 ədəd qarağat yarpağı
  • 3 ədəd albalı yarpağı
  • 1 ədəd dəfnə yarpağı
  • 1 ədəd acı bibər
  • 3 diş sarımsaq
  • bankanı dolduracaq qədər xiyar
  • 1 çay qaşığı duz
  • yarım çay qaşığı şəkər tozu
  • 1/4 hissə aspirin
  • 5-6 ədəd dənə istiot

Xiyar Turşusunun hazırlanma qaydası:

İlk öncə bankaları sterilizə edin. Bankalara şüyüd başı, xren yarpağı, albalı-qarağat yarpağı, dəfnə yarpağı, sarımsaq, acı bibər və dənə istiotu töküb xiyarları doldurun. Bankalara qaynar su töküb soyumağını gözləyin. Daha sonra suyu süzün, bankalara duz, şəkər tozu və aspirin əlavə edib yenidən qaynar su tökün və qapağını möhkəm bağlayın (zakatkalayın).
Nuş Olsun!
Servings: 1 yield(s)