Yağı Az, Ləzzəti Bol Badımcan Qəlyanaltısı

Yields: 1 Serving

Badımcan mövsümündə dolmasından qızartmasına qədər hər cür formada bişirilir. Bu dəfə bütün tərəvəzləri qovuraraq dadlı yemək hazırlaya bilərsiniz. Həm yemək, həm salat, həm də qəlyanaltı olaraq süfrəyə verə biləcəyiniz bir ləzzət. Evdar.az yağı az, ləzzəti bol olan badımcan qəlyanatısının reseptini təqdim edir.

Tərkibi:

  • 3-4 ədəd badımcan
  • 2 ədəd pomidor
  • 2-3 ədəd yaşıl bibər
  • 1 ədəd qırmızı acı bibər
  • 1 ədəd soğan
  • 2 diş sarımsaq
  • 1 çay qaşığı tomat
  • yarım kiçik stəkan zeytun yağı
  • duz və pul bibər

Hazırlanma qaydası:

İlk öncə badımcanları ocaqda və ya sobada közləyin. Soyuduqdan sonra qabıqlarını soyub iri halda doğrayın. Soğanı yarım halqa formasında doğrayın, bibərləri də doğrayın. Pomidorun qabığını soyub kub formasında doğrayın. Sarımsağı da xırda doğrayın. Tavada yağda doğranmış soğanı yüngül qovurun. Üzərinə doğranmış bibərləri əlavə edib 2 dəqiqə qovurun. Tomatı da əlavə edib qarışdırın. Qoxusu çıxana qədər 1-2 dəqiqə qovurub üzərinə pomidor və sarımsağı əlavə edin. Tavanın qapağını örtüb zəif ocaqda 4 dəqiqə bişirin. Üzərinə közlənmiş badımcanları da əlavə edib duz, istiot və pul bibəri əlavə edib ehtiyyatla qarışdırın.Taxta qaşıq köməyi ilə əzmədən ehtiyyatla qarışdırın. Zövqə görə üzərinə xırda doğranmış göyərti əlavə edib 1 dəqiqə qarışdırıb ocaqdan götürün. Süfrəyə isti və ya soyuq halda verə bilərsiniz. Yanina lavaş, çörək və sarımsaqlı qatıq möhtəşəm olar.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir