Yayın Əsl Ləzzəti Moruqlu Muffin

Yields: 1 Serving

Çayın və ya uşaqlara südün yanına süfrəyə verə biləcəyiniz zərif, yumşaq və ətirli moruqlu muffin hazırlaya bilərsiniz. Evdar.az ləzzətli, moruqlu muffin reseptini təqdim edir.

Tərkibi:

  • 200 qr un
  • 2 çay qaşığı qabartma tozu
  • 75 qr şəkər tozu
  • 1 ədəd yumurta
  • 175 ml süd
  • 125 qr kərə yağı
  • 175 qr moruq

Hazırlanma qaydası:

İlk öncə kərə yağını əridin və soyuması üçün kənara qoyun. Bir qabda unu və qabartma tozunu ələyin. Üzərinə şəkər tozu əlavə edib qarışdırın. Başqa bir qabda yumurta çəngəllə çırpın. Üzərinə süd və əridilmiş, soyudulmuş kərə yağı əlavə edib qarışdırın. Üzərinə unlu qarışığı da töküb yaxşıca qarışdırın. Yuyub, kağız dəsmalla qurutduğunuz moruqları da xəmirə əlavə edib ehtiyyatla qarışdırın. Muffin qəliblərinə xəmiri bölüşdürün və əvvəlcədən 190 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə üzəri qızılırəng alanadək bişirin. Bişən muffinlər ilındıqdan sonra üzərini zövqə görə moruqla, kremlə və ya şəkər kirşanıyla bəzəyə bilərsiniz. Bəzək üçün krem reseptini buradan oxuya bilərsiniz. 

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir