Yüksək Təzyiqdən Əziyyət Çəkənlər Üçün Abqora Şərbəti

Abqora – turş və kal üzüm dənələrindən sıxılmış şirədir. Ondan yeməklərdə: kabab, ət, turşu qovurma, balıq, düşbərədə zövqə görə istifadə olunur. Abqora çox turş olduğundan ət və eyni zamanda yağlı yeməkləri yedikdən sonra təzyiqin qalxmasına mane olur və həzmi tezləşdirir. Qədim vaxtlarda həm toy süfrələrində, həm də bir çox ailələrdə hər gün masada spirtsiz içki növü olan abqora şərbəti olurdu. Turşməzə, sərin, ətirli Abqora şərbəti dolma, kabab, plov, qutab kimi ağır kalorili yeməklərin yanında əla vəhdət yaradır. Evdar.az bu faydalı içkinin hazırlanma qaydasını təqdim edir. Tərkibi:
  • 30-50 ml abqora
  • soyuq su
  • 2 xörək qaşığı şəkər tozu
  • zövqə görə limon suyu
Abqora Şərbətini Hazırlamaq Üçün: Dolçaya 30-50 ml. abqora şirəsi tökün və üzərinə soyuq su əlavə edin. 2 xörək qaşığı şəkər tozu töküb yaxşıca qarışdırın. Bir az limon suyu da sıxın. Bu şərbət, diabet, artıq çəki və yüksək təzyiqdən əziyyət çəkənlər üçün əla içkidir.
Nuş Olsun!
Servings: 1 yield(s)