Zəncəfil Sukatı – Soyuqdəymə Əleyhinə Universal “Tablet”

Yields: 1 Serving

Zəncəfilin faydalı olduğunu bilməyən insan demək olar ki, yoxdur.  Bu özünə məxsus acı dadı və ətri olan bu ədviyyat bir çox yeməklərin və şirniyyatların tərkibinə vurulur.

Həmçinin də  zəncəfildən soyuqdəymə zamanı da müalicəvi vasitə kimi də istifadə edilir.

Evdar.az 1Arada.az-a istinadən sizə zəncəfildən sukat hazırlamaq qaydasını təqdim edir:

Zəncəfil sukatı adicə şirniyyat deyil. Bu soyuqdəymə zamanı boğazda yaranan qıcıqlanma və ağrını aradan qaldıran universal tabletdir.

Hazırlanma qaydası:

200 qr təzə zəncəfil kökünü nazik doğrayın. Bir qazana yığaraq üzərini örtəcək qədər su tökün və 30 dəqiqə qaynadın. Qaynadıqdan sonra zəncəfilin acılığı yox olur. Suyu süzün. Daha sonra sirop hazırlayın. Bunun üçün 3 stəkan suya 6 xörək qaşığı şəkər tozu əlavə edərək sirop hazırlayın. Qaynayan kimi, zəncəfilləri əlavə edin. Zəif odda davamlı olaraq bişirin. Maye tam çəkilənə qədər bişirməyə davam edin. Soyudun. Hər bir zəncəfil dilimini şəkər tozuna bulayaraq perqament kağızı sərilmiş listə düzün. Qurumağa qoyun. Quruduqdn sonra bir qaba yığın. 3 aya qədər saxlaya bilərsiniz.

 Nuş Olsun!

Tags

#sukat  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir