Zərif və Ləzzətli Giləmeyvəli Yay Şirniyyatı

Yields: 1 Serving

Xırtıldayan xəmiri, xama və giləmeyvə turşusunu ahəngdar şəkildə birləşdirən şirin və turş içlikli zərif şirniyyat. Evdar.az zərif və ləzzətli giləmeyvəli yay şirniyyatının reseptini təqdim edir.

Tərkibi:

Xəmiri üçün:

  • 80 qr kərə yağı
  • 70 qr kəsmik
  • 170 qr un
  • ¼ çay qaşığı duz
  • 1 çay qaşığı şəkər tozu
  • 1 ədəd yumurta

Ara qatı üçün:

  • 150 qr çiyələk
  • 150 qr albalı

İçlik üçün:

  • 200 ml 21%-lik xama
  • 50 qr şəkər tozu
  • 1 ədəd yumurta
  • bıçağın ucunda vanil
  • 1 çay qaşığı nişasta

Hazırlanma qaydası:

Xəmiri hazırlamaq üçün otaq temperaturunda olan kərə yağını kiçik doğrayıb qarışdıracağınız qaba töküb. Üzərinə duz, şəkər tozu, kəsmik və un töküb umac halına gətirin. Yumurtanı da əlavə edib ələ yapışmayan xəmir əldə edin. (Xəmiri çox yoğurmayın!) Hazır xəmiri dərhal təxminən 3 mm qalınlığında yayıb, düz bir qəlibini içinə qoyub hamarlaşdırın. Kənarlarını səliqəyə salıb streç salafana keçirin. Qəlibi yarım saatlıq soyuducunun aşağı rəfində gözlədin.

İçliyi hazırlamaq üçün bir qaba yumurta, xama, şəkər tozu və vanil əlavə edib qarışdırın. Üzərinə nişasta əlavə edib yaxşıca qarışdırın və otaq temperaturunda 20 dəqiqə saxlayın.

Albalının tumunu çıxarın,çiyələyi də təmizləyib doğrayın. Soyuducudan xəmiri çıxarıb albalı və çiyələyi yayın. Üzərinə içliyi də töküb əvvəlcədən 190-200 dərəcə qızdırılmış sobada 40-45 dəqiqə bişirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir