Zirincli, Toyuqlu Plov

Yields: 1 Serving Difficulty: Medium

Azərbaycanlılar arasında yeməklərin şahı plov hesab olunur. Bildiyimiz kimi plovun 200-dən çox növü var. Bu növlərin hər birinin ayrı-ayrılıqda hazırlanma qaydası və özünəməxsus dadı var. Evdar.az  zirinc və qaragöz lobya ilə hazırlanan toyuqlu plovun reseptini təqdim edir.

Tərkibi:

  • düyü
  • su
  • duz.

Qazmaq üçün:

  • 1 ədəd yumurta
  • 3 xörək qaşığı xama

Toyuq üçün:

  • 1 ədəd bütöv toyuq
  • 1 xörək qaşığı qırmızı bibər tomatı
  • 2 xörək qaşığı xama
  • qaragöz lobya
  • 1 ədəd soğan
  • 3 xörək qaşığı zirinc
  • 1 xörək qaşığı yağ
  • kişmiş və ərik qurusu (qaysı)
  • zəfəran və ya sarıkök

Hazırlanma qaydası:

Düyünü adi qaydada bişirib süzün. Bir qabda 1 ədəd yumurta, xama və süzdüyünüz düyüdən bir az əlavə edib qarışdırıb qazmaq hazırlayın. Düyünün yarısını qazana əlavə edin. Soğanı xırda doğrayıb, bişmiş qaragöz lobya və bir az duz səpib qarışdırın. Qazana əlavə etdiyiniz düyünün bir kənarından bu lobyalı qarışığı yerləşdirin. Qalan düyünü də əlavə edib, üzərinə zəfəran və ya sarıkök səpib yağ əlavə edin. Plovu 1 saat 30 dəqiqəlik dəmə qoyun Plovun hazır olmasına 5-6 dəqiqə qalmış zirinci yuyub düyünün bir kənarına yerləşdirin.

Bir qabda xama, bibər tomatı və yağı yaxşıca qarışdırın. Toyuğu ya bütöv halda, ya da doğrayaraq yuyub süyunu süzün. Hər tərəfli duzladığınız toyuğa hazırladığınız qarışığı çəkin . Toyuğu zövqə görə tavada və ya sobada bişirin.

Başqa bir qabda qaysı və kişmişi qovurun.  Hazır olan plovu bulud boşqaba töküb süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir