Faydalı Faydalı Məsləhətlər Sağlamlıq Haqqında

Saxta Kərə Yağını Ayırd Etmək Üçün 5 Test

Yeməklərdə, səhər yeməyində istifadə etdiyimiz kərə yağının tərkibində  A, D və E vitaminləri var. Kərə yağı eyni zamanda bir zülal qaynağıdır. Xolesterini aşağı salmaqda güclü bir antioksidant olan kərə yağı bədəndəki yağ nisbətini də qoruyur.

Ancaq bir çox qida məhsullarında da olduğu kimi kərə yağının saxtası təəssüf ki, istehsal olunur. Əgər aldığınız kərə yağının təbii olduğuna inanmaq istəyirsinizsə ev şəraitində testlərdən istifadə edə bilərsiniz.

Evdar.az evdə 5 asan üsulla təbii kərə yağını ayırd etməyin qaydasını sizlərlə bölüşür.

1. İsti Su Testi

İsti su testi

Bir parça kərə yağından götürün  və bir stəkan isti suya atın. Əgər kərə yağı bütöv şəkildə kiçilərək əriyirsə təbii kərə yağıdır. Əgər suyun içərisində parçalara ayrılaraq əriyirsə deməli saxta kərə yağıdır.

2. Kəsmə Testi

Kəsmə testi

Əgər soyuducudan çıxan kərə yağını kəsməkdə çətinlik çəkirsinizsə deməli təbii kərə yağıdır. Yox əgər bıçaq toxunduqda qırılarsa saxta kərə yağıdır.

3. Ərimə Testi

Ərimə testi

Kərə yağını otaq temperaturunda yumşalmağa qoyub gözləyin. Yavaş-yavaş yumşalsa, heç bir problem yoxdur, ancaq əriyən kimi su buraxarsa, bunun təbii yağ olduğuna şübhə edə bilərsiniz.

4. Rəng Testi

Rəng testi

Kərə yağını əridin. Boşqaba əriyib axan hissələrin rənginə diqqət yetirin. Ərinmiş hissələrin rəngi yağdan daha tünddürsə, onda qida boyası istifadə olunub. Bu saxta kərə yağından istifadə etməyin.

5. Köpüklənmə Testi

Köpüklənmə testi

Tavada əritdiyiniz kərə yağı köpüklənməlidir. Əgər bu tələblərə cavab vermirsə saxta ola bilər. Təbii kərə yağının köpüklənməsinin səbəbi içindəki suyun sıxlığına görə çölə çıxmasıdır.

Bu testlərlə süfrənizə qoyacağınız və bişirmək üçün istifadə etdiyiniz kərə yağının keyfiyyətini öyrənərək ailənizi qoruya bilərsiniz.

Sağlamlığınızın Qeydinə Qalın!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir