Maraqlı Xəbərlər

SOCAR-da İşləmək İstəyənlərin NƏZƏRİNƏ!

SOCAR Azərbaycan Respublikasının və xarici ölkələrin müxtəlif ali məktəblərində təhsil alan Azərbaycan vətəndaşı olan gənclərə neft və qaz sənayesində insan resurslarının idarə edilməsi sahəsi üzrə istehsalat təcrübəsi keçmək imkanı yaradır.

Oxu.az-ın Dövlət Neft Şirkətindən əldə etdiyi məlumata əsasən, gənclərin ödənişli istehsalat təcrübəsi SOCAR-ın tərkibində olan müəssisə və təşkilatlarda üç ay təcrübə müddəti olmaqla təşkil ediləcək.

SOCAR-ın strukturuna daxil olan qurumlarda ödənişli istehsalat təcrübəsi keçən gənclərə 250 AZN məbləğində ödəniş nəzərdə tutulub. Təcrübə müddətinin sonunda bütün təcrübəçilərə fəaliyyətləri barədə istehsalat xasiyyətnaməsinin təqdim olunması, fəaliyyəti barədə müsbət rəy almış və SOCAR-da işləmək arzusu olan gənclərin müsahibə yolu ilə Kadr Ehtiyatı Bazasına (KEB) daxil edilməsi və kadr tələbatına uyğun olaraq müvafiq vakant yerlər yaranarsa KEB-də olan namizədlərin işlə təmin olunma məsələsinə baxılması nəzərdə tutulub.

Təcrübəyə Azərbaycan Respublikası və xarici ölkələrin ali təhsil müəssisələrində (Bakı Ali Neft Məktəbi istisna olmaqla) magistratura pilləsində təhsil alan tələbələr, həmçinin magistratura pilləsində təhsilini başa vurmuş məzunlar müraciət edə bilərlər.

Gənclərin ödənişli istehsalat təcrübəsi proqramında iddiaçı olmaq üçün gənclər aşağıda qeyd olunan bütün tələblərə cavab verməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir