Faydalı Faydalı Məsləhətlər

Təbii Üsullarla Meyvə Və Tərəvəzləri Qurutmağın Yolları

Mövsümündə bütün ləzzəti və şəfası ilə yeməklərimizə qonaq olan tərəvəzlər və meyvələri mövsümü olmadıqda çox axtarırıq. Bu zövqü bütün aylara yaymağın ən asan və ləzzətli üslubu isə onları qurutmaqdı.
Evdar.az paketli məhsullardan uzaq durmaq istəyənlər üçün xüsusilə evdə, təbii üsullarla meyvə və tərəvəzləri qurutmağın yollarını təqdim edir.

Üzüm Necə Qurudulur?

Şirniyyatlara dad qatan üzümləri ev şəraitində qurutmaq mümkündür. İlk öncə üzümləri ehtiyyatla yuyun və suyunu süzün. Saplaqlarından möhkəm iplə, günəş görən bir yerə asın və alt hissəsinə mütləq bir kağız və qəzet sərin. Ən asan və təbii şəkildə salxım halda təxminən 1 həftədə bu şəkildə quruda bilərsiniz. Müəyyən fasilələrlə istiqamətini dəyişin, hər yeri eyni vaxtda qurusun. Quruduqdan sonra saplaqlarından ayıraraq şüşə bankaların və ya möhkəm kilidli torbaların içərisində saxlaya bilərsiniz.

Günəşli şəraitdə quruda bilməyənlər isə üzümləri saplaqlarından ayırın, yuyun və süzün. Kiçik bir bıçaq köməyi ilə tumlarını çıxarın və soba sinisinə yayın. Mətbəx saleftiylə yavaşca üstündən basaraq artıq sularını çəkin. Üzümləri sobanın zəif dərəcəsində quruda bilərsiniz.

Pomidor Necə Qurudulur?

Pomidorları günəşli bir yerdə və sobada quruda bilərsiniz. Mövsümündə yığılmış, saplağı çıxarılmış və yuyulmuş pomidorları (çerri) ortadan iki yerə bölün. Pomidorları yağlı kağız sərilmiş soba sinisinə düzün. Əvvəlcədən 60 dərəcədə qızdırılmış sobada (təxminən 8-12 saat ) bişirərək qurudun.

Günəşdə qurutmaq üçün ızgara telinin üstünə sərin və üzərinə qaya duzu səpib qurudun. Pomidorların müəyyən fasilələrlə mövqeyini dəyişdirin. Bir neçə gün suları alt hissəsinə axacaq. Bu suları mütləq süzdürün. Ardından 10 gün davam edən prosesin sonunda qurudulmuş pomidorları torbaya yığın.

Qaysı (Ərik) Necə Qurudulur?

Ərikləri yaxşıca yuyun və parça və ya kağız dəsmalla qurulayın. Sonra ortadan ikiyə bölün və tumlarını çıxarın. Yarım ərikləri düz halda ızgara telinin üzərinə yayın və üstünü nazik bir tənziflə örtün. Evin ən çox günəş olan yerində təxminən 1 həftə – 10 gün saxlayın qurusunlar.

Əgər evinizə çox günəş düşmürsə hazırladığınız ərikləri 60 dərəcədə qızdırılmış sobada 12 saat müəyyən fasilələrlə qarışdıraraq bişirin. Sonra könül rahatlığı ilə istifadə edin.

Bibərlər Necə Qurudulur?

Ən ənənəvi və ən tanınan üsulu ilə dolmalıq, qırmızı və ya arzuladığınız acı bibəri sapa düzərək qurudun. Sonra yeməkləri ləzzətləndirmək üçün istifadə edə bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir