Maraqlı Xəbərlər

Türkiyədəki Yanğınlarla Bağlı Son Vəziyyət – RƏSMİ

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli meşə yanğınları ilə bağlı yeni açıqlama ilə çıxış edib.

Türkiyəli nazir bu barədə özünün “Twitter” səhifəsində məlumat verib.

“28 iyulda başlayan, 15 gün davam edən və tariximizdə ən böyük meşə yanğınlarının sonuncusu olan Muğla Köycegiz yanğınını da meşə qəhrəmanlarının böyük səyi nəticəsində nəzarət altına ala bildik. Beləliklə, ölkəmizdə baş vermiş böyük yanğınların hamısını söndürmüş olduq. Bu böyük fəlakətdə əziz millətimizlə meşə üçün tək ürək olduq. Minnətdarıq”, – Türkiyənin meşə və kənd təsərrüfatı naziri Bekir Pakdemirli bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir