Maraqlı Xəbərlər

Valideynlər də Vaksin Olunmalıdırlarmı? Təhsil Nazirliyindən Cavab

Son vaxtlar bizə sorğu, telefon zəngi ilə müraciət edən jurnalist həmkarlarımızın əksəriyyəti eyni sualı soruşurlar- məktəblərə valideynlərin vaksin olunması ilə bağlı tapşırıq verilibmi?

Evdar.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov bildirib.

“Cavab budur ki, xeyir, verilməyib. Ancaq suala cavab verilərkən, həm də bəli demək istərdik.

Niyə? Ona görə ki, yeni tədris ilində məktəb təkcə vaksin olunmuş müəllimdən deyil, həm də vaksinlənmiş valideyndən asılıdır.

Bu belə deyilmi!?”, – deyə Cəsarət Valehov vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir