Faydalı Faydalı Məsləhətlər

Yumşaq Və Zərif Kotletlər Hazırlamaq Üçün 7 Sirr

Şorba ilə yanaşı, kotlet Şərqi Avropa mətbəxinin sevimli yeməyi hesab edilir. Onlar dadlı və universaldır. Demək olar bütün ev xanımları kotleti hərə öz bildiyi yol ilə hazırlayır. Evdar.az kotletin hazırlanmasında hər bir evdar xanımın öyrənəcəyi 7 sirri təqdim edir.

  • Yalnız evdə çəkilmiş ət istifadə edin.Yaxşı olar ki, 2 müxtəlif növ ət qarışdırasınız: mal əti, hinduşka əti, quzu əti.
  • Kotletə yumşaqlıq və xəfiflik vermək üçün ət qiyməsinə xırda doğranmış soğan əlavə edin. Əvvəlcədən soğanı azca qızartmaq arzu olnunandır.
  • Kotleti zərif etmək üçün təcrübəli ev xanımları ət qiyməsinə ağ çörək içi əlavə edirlər. Çörəyi hər hansı bir tərəvəzlərlə əvəz etməyi tövsiyyə edirik. Məsələn: kartof, kələm, yerkökü.
  • Təcrübəli evdar xanımlar ət qiyməsinə döyülmüş buz əlavə edir, tez qiyməni yoğurub, kotlet forması verib qızardırlar. Buz əriyən zaman onun yerində boşluq əmələ gəlir.Bu da kotletə əlavə olaraq həcm verir.
  • Kotletin orta hissəsinə kərə yağı qoyun, bu da kotletə yumşaqlıq verir.
  • Kotleti ərinmiş kərə yağında və ya bitki yağında bişirin. İlk öncə yüksək istilik üzərində. Qabıq əmələ gəldikdə ocağın altını azaldın. Kotletləri tez-tez çevirməyin.
  • İstəyə görə kotletləri çalınmış yumurta ağına bulaya bilərsiniz, onlar xüsusilə dadlı və yumşaq olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir