Maraqlı Xəbərlər

Zakir Həsənov Ermənilərlə Üz-Üzə Dayanan Hərbçilərimizə Döyüş Tapşırığı Verdi

Bu gün Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirə zamanı nazir Zakir Həsənov müharibə hazırlığından danışıb.

Evdar.az xəbər verir ki, Z.Həsənov çıxışında Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin səsləndirdiyi “Artıq müharibə dövrü arxada qalıb. Amma buna baxmayaraq, biz müharibəyə hər an hazırıq və hazır olmalıyıq” fikirlərini müşavirə iştirakçılarına çatdırıb.

Zakir Həsənov şəxsi heyətin mənəvi-psixoloji və döyüş hazırlığı səviyyəsinin yüksəldilməsinin vacibliyini qeyd edib.

Nazir döyüş növbətçiliyinə cəlb edilən hərbi qulluqçuların sayıqlığının artırılması, həmçinin bölmələrin maddi-texniki təminat imkanlarının daha da genişləndirilməsini tapşırıb. Ermənistan silahlı qüvvələrinin ehtimal olunan təxribatlarının qarşısının alınması ilə əlaqədar komandir-rəis heyətinə göstərişlər verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir