Maraqlı Xəbərlər

Azərbaycanda 5-ci Sinif Şagirdi Qəflətən Vəfat Etdi – FOTO

Azərbaycanda 5-ci sinif şagirdi qəflətən dünyasını dəyişib.

Evdar.az ölkə.az-a istinadən xəbər verir ki, Kamran Yaqubov adına 184 nömrəli tam orta məktəbin 5-ci sinfində təhsil alan Yusif adlı şagird qəflətən vəfat edib.

Yaxınlarının bildirdiyinə görə, uşağın qəfil şəkəri qalxıb və xəstəxanaya aparılıb.

Həkimlərin müdaxiləsinə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, həmin vaxta qədər uşağın hər hansı bir narahatlığı olmayıb.

Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir