Maraqlı Xəbərlər

Azərbaycanda Benzin Bahalaşdı

“Aİ-95” (“Premium”) markalı yanacağın pərakəndə satış qiymətində dəyişiklik baş verib.

Evdar.az xəbər verir ki, bu gün səhər saatlarında yanacaqdoldurma məntəqələrində “Aİ-95” markalı yanacağın satış qyiməti 1.45 AZN olub. Bu isə 5 qəpiklik bahalaşmadan xəbər verir.

“Aİ-95” markalı yanacaq bu gün səhər saatlarından SOCAR, LUKoil və “Azpetrol” YDM-lərində yeni qiymətə satılır.

“Aİ-92” və dizel yanacağının pərakındə satış qiymətində dəyişiklik yoxdur.

Əldə etdiyimiz məlumata görə, “Aİ-95” markalı yanacağın bahalaşmasının səbəbi idxal dəyərinin artmasıdır. Bununla bağlı rəsmi təsdiq yoxdur.(index.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir