Koronavirus (COVID-19) Maraqlı Xəbərlər

Azərbaycanda Vaksin Olunanların Sayı Açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 46 910 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Evdar.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20 061, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26 849 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 563 897, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 654 076, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 909 821 təşkil edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir