Koronavirus (COVID-19) Maraqlı Xəbərlər

Azərbaycanın Qonşuluğundakı Ölkədə Covid-19-dan 213 Ölü

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 213 nəfər ölüb.

Evdar.az APA-ya istinadən xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Bununla da İranda koronavirusdan ölənlərin sayı 87 837 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 27 379 nəfər koronavirusa yoluxub və infeksiyaya yoluxanların ümumi sayı 3 603 527 nəfərə çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir